Logo

BANM-in tələbəsi “Qızıl Şah” Çempionatının medalını qazanıb

03.06.2022 21:48 1253 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Yaqut Şəkizadə “Qızıl Şah” Milli Kulinariya Çempionatında (Azerbaijan Culinary Specialists Association - Chefs.Az) gümüş medala layiq görülub.

Tehsil.biz xəbər verir ki, çempionatda “WorldSkills Azerbaijan”ı təmsil edən 3 komandadan birində iştirak edib. 
Çempionata 25 yaşa qədər olan gənclərdən ibarət 18 komanda qatılıb. 

Yaqut Şəkizadə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsidir.

Yaqut Şəkizadə və təmsil olunduğu komanda peşəkarlıq və fərqli üslub nümayiş etdirərək  Ümumdünya Kulinariya Təşkilatının (World Association of Chefs’ Societies) hakimləri tərəfindən gümüş medal qazanıb. 

Yarışmaya hazırlıq prosesi BANM-in tələbəsinin keçən ilin oktyabr ayında “Worldskill Azerbaijan” tərəfindən təşkil olunan yarışmada qaliblərdən biri olaraq pulsuz təhsil hüququ qazandığı CÀSÀ kulinariya mərkəzi tərəfindən aparılıb. Bu çempionat Yaqut Şəkizadənin təmsil olunduğu komandanın Şanxayda keçirilən yarışdan əvvəl ilk iştirak etdiyi müsabiqədir. Komandanın hazırlanmasında Peşə Təhsili üzrə Dövlət Agentliyi “CÀSÀ BAKU” ilə əməkdaşlıq edir.

Qeyd edək ki, aşpazlıq üzrə “WorldSkills Azerbaijan” komandasının üzvləri yarışı 2 qızıl, 2 gümüş medal və “Qaliblər Qalibi” kuboku ilə başa vurublar.

Xəbər lenti